Xəzər Xəbər

Əsəd məsələsi həll edildi – Moskvadan BƏYANAT

Dünya | 19:25 • 8 Oktyabr 2018
Əsəd məsələsi həll edildi

Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən gedişi haqqında məsələni artıq heç kim qaldırmır.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Verşınin bildirib.

"Artıq qəbul edirlər ki, BMT-nin üzv ölkəsinin öz gələcəyini müəyyən etmək hüququ var. Xalq onlara kimin rəhbərlik edəcəyini özü müəyyən etməlidir. Deyərdim ki, artıq bu məsələnin öhdəsindən gəldik. Bu, çox yaxşıdır”, - o deyib.

Daha əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Əsədin hakimiyyətdən gedişini "vaxt məsələsi” adlandırıb./publika.az

Xəbər lenti