Xəzər Xəbər

Türk ordusu 9 PKK-çını məhv etdi

Dünya | 17:55 • 8 Oktyabr 2018
Türk ordusu 9 PKK-çını məhv etdi
Türkiyə hərbi hava qüvvələrinin İraqın şimalında apardığı anti-terror əməliyyatları nəticəsində 7-8 oktyabr tarixlərində PKK terror qrulaşmasının 9 üzvü məhv edilib.


Bu barədə Türkiyə Silahlı Qüvvələrinin baş qərargahı bəyanat yayıb.


"7-8 oktyabrda İraqın şimalındakı Zap və Avaşin-Basyan rayonlarında həyata keçirdiyimiz hava əməliyyatları nəticəsində bizim hərbi bazalarımıza hücuma hazırlaşan PKK separatçı terror təşkilatının 9 üzvü zərərsizləşdirilib” - bəyanatda deyilir.

Qeyd edək ki, Türkiyə 2015-ci ilin iyulundan PKK-ya qarşı başlatdığı anti-terror əməliyyatlarında bu qruplaşmanın ümumilikdə 10 mindən çox silahlısını məhv edib.

Xəbər lenti