Xəzər Xəbər

“İnsan qülləsi”ndə Kataloniya bayrağı açıldı

Dünya | 17:49 • 8 Oktyabr 2018
“İnsan qülləsi”ndə Kataloniya bayrağı açıldı

Katalonlar "insan qülləsi”ndə nümayiş göstəriblər.


"Euronews” xəbər verir ki, İspaniyada Kataloniyanın müstəqilliyini tələb edən nümayişçilər iki ildən bir gerçəkləşdirilən, ənənəvi "insan qülləsi” yarışmasında katalon bayrağı açaraq nümayiş keçiriblər.



Dünən keçirilmiş yarışmanın kökü Kataloniya ənənələrinə söykənir. Burada iştirak edənlərin də əksəriyyəti katalonlar olduğuna görə, fürsətdən istifadə ediblər.

Bir həftə əvvəl minlərlə insanın Barselonaya protesto məqsədli yürüş təşkil etməsindən bir həftə sonra katalonlar yarışmada lövhələr qaldırıb, şüarlar səsləndiriblər.

Xəbər lenti