Xəzər Xəbər

İranda qum fırtınası, azı 140 nəfər xəsarət alıb

Dünya | 17:40 • 8 Oktyabr 2018
İranda qum fırtınası, azı 140 nəfər xəsarət alıb

İranın cənub-şərqində baş verən qum fırtınasında 140-dan çox insan xəsarət alıb.

"Qafqazinfo” İran KİV-nə istinadən xəbər verir ki, ötən həftəsonu Sistan və Bəlucistan əyalətində145 yerli sakin nəfəsalma, göz və ürək problemi ilə bağlı tibbi yardıma müraciət edib. Zərərçəkənlərdən 27-si xəstəxanaya yerləşdirilib.

Qeyd edilir ki, küləyin gücü saatda 104 kilometrə çatıb. Yerli hökumət əyalətin bir sıra bölgələrində xəstə və yaşlı sakinləri evdə qalmağa çağırıb.

Xəbər lenti