Xəzər Xəbər

Fransa hökuməti İsveçrə bankından 5 milyard tələb edir

Dünya | 17:14 • 8 Oktyabr 2018
Fransa hökuməti İsveçrə bankından 5 milyard tələb edir

İsveçrənin UBS Bankının Fransa şöbəsi və 6 yüksək vəzifəli şəxsi məhkəməyə çıxacaq.


Korrupsiya, çirkli pulların yuyulması, qeyri-qanuni digər fəaliyyətlərdə ittiham edilən bank və vəzifəli şəxsləri 2004-2012-ci illərdə müştərilərin 9,7 milyard dollar məbləğində vergidən yayınmasına kömək edib.


Fransa məhkəməsi 2013-cü ildə bankla bağlı istintaq prosesinə başlayıb, 2014-cü ildə isə məhkəmə prosesinə start verilməsi barədə qərar qəbul olunub.


Daha əvvəl 1,1 milyard dollar tələb irəli sürən Fransa məhkəməsi bu dəfə 5 milyard dollar pul cəzası tələb edəcək./Qaynarinfo

Xəbər lenti