Xəzər Xəbər

Çin ABŞ-la danışıqlara hazır olduğunu bildirdi

Dünya | 16:19 • 8 Oktyabr 2018
Çin ABŞ-la danışıqlara hazır olduğunu bildirdi
Pekin Vaşinqtonla aralarındakı ticarət ziddiyyətlərini bərabərhüquqlu və dürüst danışıqlar yolu ilə həll etməyə hazırdır.


Bunu Çinin xarici işlər naziri Van Yi ABŞ dövlət katibi Mayk Pompeo ilə Pekində keçirdiyi görüşdə deyib.


"Problemləri ticarət müharibəsi yolu ilə həll etmək qeyri-mümkündür. Çin ABŞ-la aralarındakı mövcud problemləri əvvəlki kimi danışıqlar yolu ilə həll etməyə hazırdır. Lakin bu danışıqlar hüquq bərabərliyi, dürüstlük və ciddilik prinsiplərinə söykənməlidir”, – deyə Çin XİN-in rəhbəri vurğulayıb.

Van Yi əlavə edib ki, hazırda ABŞ-la Çin arasındakı münasibətlər olduqca vacib dövrünü yaşayır və əməkdaşlıq hər iki tərəf üçün yeganə düzgün seçim olaraq qalır. /azvision.az

Xəbər lenti