Xəzər Xəbər

Ərdoğan-Baxçalı görüşləri başlayır

Dünya | 15:41 • 8 Oktyabr 2018
Ərdoğan-Baxçalı görüşləri başlayır
Türkiyədə hakim AK Partiya ilə müxalif MHP arasında görüşlər başlayır.

"Habertürk” bildirir ki, Ədalət və İnkişaf Partiyası (AK Partiya) ilə müxalif Milliyətçi Hərəkat Partiyası (MHP) arasında 2019-cu ildə keçiriləcək bələdiyyə seçkisi ilə bağlı ittifaq görüşlərinə start verilib.

Heyətlər arasında bu gün baş tutacaq ilk görüşdə AK Partiyadan sədrin vəkili Numan Kurtulmuş və yerli idarəetməyə məsul sədr müavini Mehmet Özhaseki, MHP-dən isə sədr müavinləri Semih Yalçın və Sadir Durmaz iştirak edəcəklər./AzNews.az

Xəbər lenti