Xəzər Xəbər

İranda təbii fəlakət nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb

Dünya | 14:52 • 8 Oktyabr 2018
İranda təbii fəlakət nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb

İranın şimal regionunda baş verən təbii fəlakət nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.


Bu barədə əyalətin Təcili Tibbi Yardım Mərkəzi məlumat yayıb. Məlumatda yüzlərə insanın xəsarət aldığı da qeyd olunub.


Xatırladaq ki, İranın Mazandaran, Gilan, Gülüstan, Ərdəbil və başqa vilayətlərində şiddətli yağışlar selin yaranmasına səbəb olub. Yerli mətbuat bildirir ki, təbii fəlakət nəticəsində elektrik dirəkləri aşıb, əyalətin kəndlərinə elektrik enerjisinin verilməsi və telefon rabitəsi kəsilib. Sel nəticəsində yolların və körpülərin sıradan çıxması kəndlərdəki insanlara yardım göstərməyi çətinləşdirib.


Təbii fəlakət İranın 7 vilayətində baş verib. Hazırda müvafiq strukturlar təbii fəlakətin törətdiyi fəsadları aradan qaldırır, dəyən zərəri hesablayır. (AZƏRTAC)

Xəbər lenti