Xəzər Xəbər

Ukraynada 12 min azərbaycanlı tələbə təhsil alır

Dünya | 14:02 • 8 Oktyabr 2018
Ukraynada 12 min azərbaycanlı tələbə təhsil alır

Ukraynada təhsil alan Azərbaycan vətəndaşlarının sayı artan temp üzrə davam edir. 


Xezerxeber.az bildirir ki, bu barədə AZƏRTAC-a Ukrayna Təhsil və Elm Nazirliyindən məlumat verilib.


Məlumata görə, hazırda Ukrayna ali təhsil ocaqlarında 12 min Azərbaycan vətəndaşı təhsil alır. Azərbaycanlılar ən çox Kiyev və Xarkov şəhərlərində təhsil alırlar.


Bildirilib ki, son 5 ildə Ukraynada təhsil alan azərbaycanlıların sayı təxminən 3 min nəfər artıb.

Xəbər lenti