Xəzər Xəbər

Cənubi Koreya XİN rəhbəri: Pompeonun Pxenyan səfəri məhsuldar olub

Dünya | 10:35 • 8 Oktyabr 2018
Cənubi Koreya XİN rəhbəri: Pompeonun Pxenyan səfəri məhsuldar olub

ABŞ-ın dövlət katibi Mayk Pompeonun Pxenyan səfəri məhsuldar və uğurlu olub.


AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bunu Cənubi Koreyanın xarici işlər naziri xanım Kan Kyun-hva ABŞ xarici siyasət idarəsinin başçısının Pxenyana oktyabrın 7-də baş tutan səfərini şərh edərkən deyib.


Mayk Pompeo Pxenyana səfərini başa vurduqdan sonra Cənubi Koreyaya gedərək Prezident Mun Ce-in və xarici işlər naziri Kan Kyun-hva ilə görüşüb.


Kan Kyun-hva ABŞ və Şimali Koreya liderlərinin növbəti görüşünün tarixinin və yerinin hələlik bəlli olmadığını, amma belə bir görüşün gündəlikdə olduğunu deyib.

Xəbər lenti