Xəzər Xəbər

Mun Ce-in: Şimali Koreya lideri Rusiyaya, Çin lideri isə KXDR-ə səfər edəcək

Dünya | 10:12 • 8 Oktyabr 2018
Mun Ce-in: Şimali Koreya lideri Rusiyaya, Çin lideri isə KXDR-ə səfər edəcək

Yaxın gələcəkdə Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Rusiyaya, Çin Xalq Respublikasının Sədri Si Cinpin isə Şimali Koreyaya səfər edəcək.


AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bunu Koreya Respublikasının Prezidenti Mun Ce-in Nazirlər Kabinetinin iclasında bəyan edib.


Cənubi Koreya Prezidenti ABŞ dövlət katibi Mayk Pompeonun Pxenyana səfərini şərh edərkən deyib ki, bu səfər KXDR və Birləşmiş Ştatlar liderlərinin növbəti görüşünü sürətləndirəcək.


"KXDR-ABŞ liderlərinin görüşündən ayrıca olaraq, Kim Çen Inın Rusiyaya, Çin dövlətinin başçısı Si Cinpinin isə Şimali Koreyaya səfəri gözlənilir”, - deyən Mun Ce-in əlavə edib ki, Şimali Koreya-Yaponiya liderlərinin görüşünün də keçirilməsi mümkündür.


Qeyd edək ki, ABŞ dövlət katibi M.Pompeo KXDR səfərinin başa vurduqdan sonra Cənubi Koreyaya gedərək Prezident Mun Ce-inlə məsləhətləşmələr aparıb.

Xəbər lenti