Xəzər Xəbər

Türkiyədə kütləvi zəhərlənmə baş verib

Dünya | 09:42 • 8 Oktyabr 2018
Türkiyədə kütləvi zəhərlənmə baş verib

Türkiyənin Qaziantep vilayətində kütləvi zəhərlənmə baş verib. Trend-in məlumatına görə, 32 nəfər xlordan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


Məlumata görə, hadisə idman komplekslərindən birində hovuz dezinfeksiya edildikdən sonra baş verib.


Zəhərlənən şəxslərdən 6 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


Qeyd edək ki, sonuncu dəfə Türkiyədə may ayında kütləvi zəhərlənmə faktı qeydə alınmışdı, həmin vaxt 81 hərbçi zəhərlənmişdi.

Xəbər lenti