Xəzər Xəbər

Latviyada parlament seçkilərində rusiyayönümlü partiya liderlik edir

Dünya | 17:31 • 7 Oktyabr 2018
Latviyada parlament seçkilərində rusiyayönümlü partiya liderlik edir

Oktyabrın 7-də, yerli vaxtla saat 6:00-da Latviya Seyminə seçkilər başa çatıb. Son olaraq ABŞ və Kanadadakı seçki məntəqələri səsvermə üçün bağlanıb.


1078 seçki məntəqəsindən 1049-da səslərin hesablanmasının nəticəsinə görə, "Soqlasiye”, KPV LV və Yeni Mühafizəkar Partiya (NKP) liderlik edir.


"Soqlasiye” partiyasına 166 min 254 nəfər və ya seçicilərin 19,97 faizi, KPV LV partiyasına 117 min 238 nəfər və ya seçicilərin 14,08 faizi, Yeni Mühafizəkar Partiyaya 113 min 045 nəfər və ya seçicilərin 13,58 faizi, "İnkişaf uğrunda!” partiyasına 99 min 836 nəfər və ya seçicilərin 11,99 faizi, VL-TB/DNNL partiyasına 91 min 788 nəfər və ya seçicilərin 11,03 faizi, SZK partiyasına 82 min 965 nəfər və ya seçicilərin 9,96 faizi, "Yeni Birlik” partiyasına 55 min 454 nəfər və ya seçicilərin 6,66 faizi səs verib.


Qalan partiyalar Seymə keçmək üçün zəruri olan beş faizlik həddi aşa bilməyiblər. Latviya Regionları Birliyinə 34 min 428 nəfər və ya seçicilərin 4,13 faizi, Latviyanın Rus İttifaqına 26 min 907 nəfər və ya seçicilərin 3,23 faizi səs verib. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Xəbər lenti