Xəzər Xəbər

Jeremi Klarksonun Azərbaycanda barmağını tikdilər

Dünya | 15:46 • 7 Oktyabr 2018
Jeremi Klarksonun Azərbaycanda barmağını tikdilər

Dünyaca məşhur aparıcı Jeremi Klarksonun Azərbaycanda başına iş gəlib.


Ölkəmizdə səfərdə olan teleaparıcı bədbəxt hadisə ilə üzləşib və barmağı kəsilib.


Onun barmağını azərbaycanlı həkim Baloğlanov tikib. Həkim bu barədə sosial şəbəkədə foto da paylaşıb.


"Top Gear" televiziya proqramının tanınmış sabiq aparıcıları - Ceremi Klarkson, Ceyms Mey və Riçard Hammond Böyük Britaniyanın "The Grand Tour" proqramı çərçivəsində Azərbaycan ərazisində yeni avtomobillərin test-drayvlarını həyata keçirmək üçün ölkəmizə gəlib.


Jeremy Clarkson Britaniya yayım şirkətinin ən populyar televiziya aparıcılarından biridir. O, keçmişdə sərt və siyasi korrektliyə sığmayan ifadə və şərhlərinə görə dəfələrlə üzr istəməli olub. (BAKU.WS)

Xəbər lenti