Xəzər Xəbər

Yaponiyanın şimalında tufan davam edir

Dünya | 15:11 • 7 Oktyabr 2018
Yaponiyanın şimalında tufan davam edir

Hakimiyyət orqanları əhalini Yaponiyanın şimal rayonlarında aşağı atmosfer təzyiqi şəraitində güclü küləyə, hündür dalğalara və leysan yağışlara görə ehtiyatlı olmağa çağırırlar.


AZƏRTAC xəbər verir ki, şənbə günü Yaponiyanın cənub-qərb rayonları boyunca irəliləyən "Konq-rey” tufanı nəticəsində Fukuoka şəhərində bir nəfər həlak olub.


Yaponiya Meteorologiya Agentliyinin yaydığı məlumata görə, tufan getdikcə qüvvəsini itirir, lakin buna baxmayaraq, təhlükə hələ də qalmaqdadır.


Hokkaydo prefekturasında güclü küləyin yıxdığı bir kişi ciddi xəsarət alıb.


Ötən ay Yaponiyanın bu şimal prefekturasında güclü zəlzələ baş verib. Yeraltı təkanlar hələ də davam edir. Yerli hakimiyyət orqanları leysan yağışların yarada biləcəyi torpaq sürümələri barədə xəbərdarlıq edirlər.


Aviaşirkətlər Hokkaydonu Yaponiyanın şimal-şərq rayonları ilə birləşdirən 50-dək reysi təxirə salıblar.

Xəbər lenti