Xəzər Xəbər

İran işğalçı Ermənistanı qazla təmin edəcək

Dünya | 14:25 • 7 Oktyabr 2018
İran işğalçı Ermənistanı qazla təmin edəcək

Bu gün İrəvanda İran-Ermənistan qaz kəmərinin ikinci mərhələsinin tikintisinin başa çatmasını bayram edirlər.


"Qafqazinfo” "NTV”yə istinadən xəbər verir ki, kəmərin tikintisinə Rusiyanın "Qazprom” şirkəti kömək edib. "Qazprom”un rəhbəri Aleksey Miller bu qaz kəmərinin işğalçı dövlətin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayacağını deyib: "Həmçinin, Ermənistan istehlakçılarının etibarlı və sabit enerji resursları ilə təminatı üçün mühüm layihədir”.


Qeyd edək ki, Ermənistanın özünün qazı yoxdur. Onun qaz tələbatını indiyədək Gürcüstanın ərazisindən istifadə etməklə Rusiya təmin edirdi. Hazırda isə bu təminata İran da qoşuldu. 2019-cu ilədək İran-Ermənistan qaz kəmərinin gücünün 2 milyard 300 milyon kub metrədək artırılması planlaşdırılır.

Xəbər lenti