Xəzər Xəbər

Çində 666 pianodan ibarət ansambl yeni rekord müəyyən edib

Dünya | 14:22 • 7 Oktyabr 2018
Çində 666 pianodan ibarət ansambl yeni rekord müəyyən edib

Çinin Xebey vilayətində 666 pianodan ibarət ansamblın çıxışı Ginnes üçün yeni rekord müəyyən edib.


AZƏRTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, 8 ölkəni təmsil edən pianoçular, o cümlədən peşəkar və həvəskar musiqiçilər, müəllimlər, tələbələr, uşaqlar və gözdən əlillər Çində islahatların başlamasının 40-cı ildönümünə həsr olunan konsertdə 666 piano ifa ediblər. Uçian qəsəbəsində təşkil olunan konsert zamanı pianoların 40-ı quraşdırılmış səhnədə, qalanları isə meydanda yerləşdirilib. Ansambldakı pianoların ümumi dəyəri 50 milyon yuan (7,3 milyon ABŞ dolları) olub.


Qeyd edək ki, bundan əvvəlki rekord 2007-ci ildə Cənubi Koreyada 555 pianonun iştirakı ilə qeydə alınmışdı.

Xəbər lenti