Xəzər Xəbər

ABŞ-ın hərbi qırıcı təyyarələri Ukrayna ərazisinə enib

Dünya | 14:00 • 7 Oktyabr 2018
ABŞ-ın hərbi qırıcı təyyarələri Ukrayna ərazisinə enib

ABŞ Hava Qüvvələrinin hərbi qırıcı təyyarələri Ukrayna ərazisinə enib.


Xezerxeber.az xəbər verir ki, təyyarələr Ukraynada oktyabrın 8-19-da keçiriləcək "Açıq səma-2018” genişmiqyaslı hərbi təlimlərində iştirak edəcək.


Hərbi təlimlərdə Rumıniya, Polşa, Belçika, Danimarka, Böyük Britaniya, Niderland, Yunanıstan və Estoniyanın hərbi hava qüvvələri iştirak edəcək. Ümumilikdə, hərbi təlimlərə 40-dan çox təyyarə, uçuş aparatları, onlarla zenit-raket kompleksi və hərbi-texniki vasitələr cəlb olunub.


Təkcə Ukrayna tərəfinin 20-yə yaxın müxtəlif tipli təyyarə, helikopter və dronları hərbi təlimlərdə iştirak edəcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti