Ukraynanın Xmelnitski vilayətinin Netişin şəhərində uşaq bağçasında qidadan 36 nəfər zəhərlənib. Onlardan 29-u uşaq, 7-si böyükdür. Bu barədə Ukraynanın Milli Polisi məlumat yayıb.
Zəhərlənmənin konkret nədən baş verməsi araşdırılır. Xəstəxanaya yerləşdirilən uşaqların bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi açılıb. (AZƏRTAC)