Xəzər Xəbər

Pompeo Kim Çen Inla danışıqlar aparmaq üçün Pxenyana gedib

Dünya | 11:34 • 7 Oktyabr 2018
Pompeo Kim Çen Inla danışıqlar aparmaq üçün Pxenyana gedib

ABŞ-ın dövlət katibi Maykl Pompeo bazar günü səhər KXDR lideri Kim Çen Inla danışıqlar aparmaq üçün Tokiodan Pxenyana uçub.


Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Şənbə günü Pompeo Yaponiyanın baş naziri Sindzo Abe və ölkənin xarici işlər naziri Taro Kono ilə danışıqlar aparıb. Tərəflər KXDR-in nüvəsizləşdirilməsinə nail olmaqda qətiyyətliliklərini bir daha təsdiq ediblər və Pompeo Pxenyanda aparılması gözlənilən danışıqlarda Şimali Koreya kəşfiyyatı tərəfindən oğurlanmış Yaponiya vətəndaşları mövzusuna toxunacağına dair vəd verib.

Xəbər lenti