Xəzər Xəbər

Suriya müxalifəti İdlibdən ağır texnikanı çıxarmağa başlayıb

Dünya | 14:38 • 7 Oktyabr 2018
Suriya müxalifəti İdlibdən ağır texnikanı çıxarmağa başlayıb

Suriya müxalifətinin silahlı dəstələrini birləşdirən "Milli azadlıq cəbhəsi" koalisiyası (MAC) Suriyanın şimalında yerləşən İdlib əyalətinin hərbsizləşdirilmiş zonasından ağır texnikanı çıxarmağa başlayıb.


Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü AFP agentliyi məlumat yayıb.

"Cəbhə hərbsizləşdirilmiş zonadan ağır hərbi texnikanı çığarmağa başlayıb", - deyə koalisiya nümayəndəsi Naci Mustafa AFP-yə bildirib və koalisiyanın digər silahlarla zonada öz blokpostlarını saxlayacaq.

MAC-yə daxil olan "Feylak əş-Şam" müxalifət qruplaşmasının nümayəndəsi agentliyə bildirib ki, hərbsizləşdirilmiş zonadan buraxıcı qurğular və qumbaraatanlar çıxarılıb.

Xəbər lenti