Xəzər Xəbər

Bu ölkə Fransadan 132 ilin hesabını istəyir – Böhran

Dünya | 16:26 • 24 Sentyabr 2018
Bu ölkə Fransadan 132 ilin hesabını istəyir – Böhran

Əlcəzair hökuməti Fransanın 132 illik müstəmləkə cinayətlərinin statistikasını çıxaracaq.

Bu barədə Əlcəzairin Mücahidlər naziri Əl-Təyyub Zeytuni açıqlama verib.

Onun sözlərinə görə, 1830-1962-ci illər ərzində baş vermiş qanunsuz əməllər və cinayətlər hesablanacaq.

"Fransadan danışmaq – kəsilən başlardan dağlar, qanlardan dənizlər və okeanlar barədə danışmaq deməkdir” – deyə nazir vurğulayıb.

Qeyd edək ki, Əlcəzairli rəsmilər statistika açıqlandıqdan sonra rəsmi Parisin hər il müəyyən məbləğdə təzminat ödəməsini tələb edəcəklər.

Xəbər lenti