Ankara Baş
Prokurorluğu Türkiyədə dövlət çevrilişinə cəhd edən FETÖ (Fətullahçı
Terror Təşkilatı) ilə əlaqədar açılan cinayət işi çərçivəsində yüksək
rütbəli zabitlər daxil olmaqla ölkənin dəniz və quru qoşunlarında xidmət
edən 61 şübhəli şəxs barədə həbs qətimkan tədbirinin seçilməsinə dair
qərar çıxarıb. XəzərXəbər "Reuters”ə istinadən xəbər verir ki, həbs olumalarına dair əmr verilən
61 hərbçidən 18-i hazırda aktiv hərbi qulluqda olanlardır. Ümumilikdə
isə, 61 şübhəli siyahısına Quru Qoşunları Komandanlığının 13 mayoru və
12 kapitanı, Dəniz Qüvvələri Komandanlığının 24 baş leytenantı, 7
leytenant və 5 çavuş daxildir.
Prokurorluqdan bildirilib ki,
şübhəlilərin FETÖ-nün məhrəm imamları ilə taksafonlarla və axtarış
sistemləri vasitəsilə vaxtaşırı əlaqə saxladıqları müəyyənləşdirilib.
Türkiyə polisi barəsində həbs qətimkan qərarı çıxarılan şübhəlilərin
saxlanılması və inzibati prosedurlar üzrə əməliyyatlara başlayıb.