Xəzər Xəbər

ABŞ-dan “müharibə” qərarı – Bu gündən qüvvəyə mindi

Dünya | 15:42 • 24 Sentyabr 2018
ABŞ-dan “müharibə” qərarı – Bu gündən qüvvəyə mindi

ABŞ-ın Çinin 200 milyard dollar məbləğindəki məhsullarına tətbiq etdiyi əlavə verginin tətbiqinə dair qərar bu gündən qüvvəyə minir.

XəzərXəbər "Sputniknews”a istinadən xəbər verir ki, bu, ABŞ-ın indiyə kimi Çinə tətbiq etdiyi ən iri həcmli vergidir. Əlavə vergi tətbiq olunmuş mallar arasında çantadan tutmuş düyüyə kimi müxtəlif növ məhsullar var.

Bu gündən etibarən, Çindən mal idxal edən ABŞ şirkətləri əlavə olaraq, 10% dəyərində vergi ödəyəcək.

Xəbər lenti

Çox oxunanlar