Xəzər Xəbər

Honkonqda separatçı partiyanın fəaliyyətinə qadağa qoyulub

Dünya | 12:23 • 24 Sentyabr 2018
Honkonqda separatçı partiyanın fəaliyyətinə qadağa qoyulub

Çindən ayrılmaq üçün mübarizə aparan Honkonq Xalq Partiyasının fəaliyyətinə qadağa qoyulub.


Xezerxeber.az Interfax informasiya agentliyinə istinadən xəbər verir ki, qərar Honkonqun Təhlükəsizlik Bürosu tərəfindən qəbul olunub. Hakimiyyət orqanlarının məlumatına görə, partiya zorakılığa əl atmasa da, milli təhlükəsizliyə birbaşa təhdid yaradır.


Qanunvericiliyə əsasən, qadağan olunmuş təşkilatı maliyyələşdirən və onun tədbirlərində iştirak edən şəxs 20 min Honkonq dolları həcmində cərimələnə və ya bir il müddətinə həbs oluna bilər.


Partiyanın lideri Endi Çan təşkilatın qadağan olunması barədə rəsmi qərar qəbul olunana qədər şərh verməkdən imtina edib.


Bu, Böyük Britaniyanın Honkonqu Çinə təhvil verdiyi 1997-ci ildən bəri fəaliyyəti qadağan olunan ilk partiyadır.

Xəbər lenti