Xəzər Xəbər

Cənubi Koreya İrandan xam neft alınmasını dayandırıb

Dünya | 10:58 • 24 Sentyabr 2018
Cənubi Koreya İrandan xam neft alınmasını dayandırıb

Cənubi Koreya iyun ayından bəri İrandan xam neft almağı dayandırıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə məlumatı Yonhap agentliyi İranın Neft Nazirliyinə istinadla yayıb. Cənubi Koreyanın İran ilə neft ticarətini dayandırmasına səbəb kimi ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar göstərilir.


İranın Neft Nazirliyi ABŞ-ın 2015-ci ildə əldə edilmiş nüvə anlaşmasından çıxmasından sonra İrandan neft alınmasını dayandıran ilk ölkənin məhz Cənubi Koreya olduğunu bəyan edib.

Xəbər lenti