Xəzər Xəbər

Gürcüstanda prezident seçkiləri ilə əlaqədar xaricdə 40-a yaxın məntəqə yaradılacaq

Dünya | 17:14 • 23 Sentyabr 2018
Gürcüstanda prezident seçkiləri ilə əlaqədar xaricdə 40-a yaxın məntəqə yaradılacaq

Oktyabrın 28-də Gürcüstanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar xarici ölkələrdə 40-a yaxın seçki məntəqəsi yaradılacaq.


Xezerxeber.az AZƏRTAC-a istinadən  xəbər verir ki, bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Ana Mikeladze sentyabrın 22-də keçirdiyi brifinqdə söyləyib.


Onun sözlərinə görə, xarici ölkələrdə seçki məntəqələrinin yaradılması sentyabrın 28-dək başa çatdırılacaq və onların ünvanları MSK-nın rəsmi internet səhifəsində yerləşdiriləcək.


A.Mikeladze deyib ki, xaricdəki Gürcüstan vətəndaşları səsvermədə iştirak etmək üçün oktyabrın 7-dək olduqları ölkələrdəki konsulluq şöbələrində qeydiyyata düşməlidirlər.

Xəbər lenti