Xəzər Xəbər

“Kounotori-7” gəmisi yükləri Beynəlxalq Kosmik Stansiyaya çatdıracaq

Dünya | 16:02 • 23 Sentyabr 2018
“Kounotori-7” gəmisi yükləri Beynəlxalq Kosmik Stansiyaya çatdıracaq

Yaponiyanın "Kounotori-7” kosmik yük gəmisi yükləri Beynəlxalq Kosmik Stansiyaya (BKS) çatdırmaq üçün kosmosa buraxılıb.


AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, H2B daşıyıcı raketi "Kounotori-7” yük gəmisini Yaponiyanın cənubundakı kosmodromdan sentyabrın 23-də saat 3 radələrində kosmosa çıxarıb.


Gəminin ümumi yükü 6,2 ton ağırlığındadır. Gəmi kosmosa yapon litium akkumlyatorlarını, eksperimental avadanlıq və BKS-nin sakinləri üçün gündəlik tələbat əşyalarını çatdıracaq. Akkumlyatorlar BKS-nin əsas enerji mənbəyidir.


Kosmik yük gəmisinin göyərtəsində 80 santimetr enində kapsul da var. Alimlər həmin kapsulda eksperimentlərin nümunələrini Yerə çatdırmağa planlaşdırırlar.


"Kounotori-7” gəmisinin sentyabrın 27-də yapon vaxtı ilə gecə saatlarında BKS ilə birləşəcəyi gözlənilir.

Xəbər lenti