Çinin Şanxay şəhərində insanlar hər həftə sonu parkda toplaşaraq qızlarına, yaxud özlərinə həyat yoldaşı axtarırlar.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, "Evlilik marketi” adlanan ərazidə kağızlara yaş və maaş göstəriciləri yazılaraq müəyyən yerlərə asılır. Bundan sonra isə namizədlərlə tanışlıq mərhələsi başlayır. Qeyd edək ki, "Evlilik marketi” 1996-cı ildən davam edir.