Xəzər Xəbər

İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb

Dünya | 14:23 • 22 Sentyabr 2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb

Bu gün səhər İranın Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror aktında həlak olanların sayı 24 nəfərə çatıb.

Bu barədə Press TV telekanalı məlumat yayıb. Silahlı hücum təxminən 10 dəqiqə davam edib. Həlak olanlardan 8-i hərbçidir. Terrorçulardan 4-ü öldürülüb.

Hücumun məsuliyyətini "Əl Əhvaziyə” terror təşkilatı üzərinə götürüb.

İRNA rəsmi xəbər agentliyinin məlumatına görə, terror aktı nəticəsində 53 nəfər yaralanıb. Yaralananlar arasında uşaqlar və qadınlar da var.




Xəbər lenti

Çox oxunanlar