Xəzər Xəbər

Nyu-Yorkda qadın uşaq bağçasına bıçaqla hücum etdi - 5 yaralı var

Dünya | 14:59 • 21 Sentyabr 2018
Nyu-Yorkda qadın uşaq bağçasına bıçaqla hücum etdi -

ABŞ-ın Nyu-York şəhərində qadın uşaq bağçasına hücum edib. Trend-in məlumatına görə, hücum nəticəsində 5 nəfər bıçaq xəsarəti alıb.

Xəsarət alanlardan 3-nün uşaq olduğu deyilir.

Hücum edən 52 yaşlı qadın saxlanılıb. Qadının hücum zamanı özünə də bıçaqla xəsarətlər yetirdiyi bildirilir.

Hücumun digər təfərrüatları hələlik məlum deyil. Polis saxlanılan qadın ətrafında araşdırmaya başlayıb.

Xəbər lenti