Xəzər Xəbər

Ukrayna Rusiyaya nota verdi

Dünya | 14:04 • 21 Sentyabr 2018
Ukrayna Rusiyaya nota verdi

Ukrayna Xarici İşlər Nazirliyi dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilənin ləğvi ilə bağlı Rusiyaya nota göndərib.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Pavel Klimkin bu gün keçirdiyi mətbuat konfransında deyib. "Bu gün notanı Rusiya dövlətinə təqdim etmişik”, - deyə XİN rəsmisi əlavə edib.


Qeyd edək ki, 1997-ci ildə imzalanan dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilədə Ukrayna və Rusiya arasında qarşılıqlı hörmət, suveren bərabərlik, ərazi bütövlüyü, sərhədlərin pozulmazlığı, mübahisələrin sülh yolu ilə həlli, iqtisadi və digər növ təzyiq vasitələrindən istifadə də daxil olmaqla, güc tətbiq etməmək və güclə hədələməmək prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin qurulması nəzərdə tutulurdu.

Xəbər lenti