Xəzər Xəbər

“İdlibdən çıxmayacağıq” – Hizbullah lideri

Dünya | 13:35 • 21 Sentyabr 2018
“İdlibdən çıxmayacağıq” – Hizbullah lideri

Livandakı "Hizbullah” Partiyasının sədri Həsən Nəsrullah "İdlib müqaviləsi”nə münasibət bildirib.

Nəsrullah "İdlibdə anlaşma olsa da, biz orada qalacağıq”, - deyib.

O, müqavilənin şərtlərinin yerinə yetiriləcəyi halda Suriyada sabitliyin bərqərar olacağını ifadə edib.

H. Nəsrullah qeyd edib ki, orada qalıb-qalmayacaqlarına Suriya hökuməti qərar verir.
Qeyd edək ki, bu il sentyabrın 17-də Rusiya və Türkiyə prezidentləri arasında keçirilmiş Soçi zirvəsində Suriyanın İdlib vilayətində təhlükəsiz zonanın yaradılması, hərbi əməliyyatların qeyri-müəyyən vaxtadək dayandırılması barədə razılığa gəlinib./AzNews.az

Xəbər lenti