Xəzər Xəbər

Qazaxıstanda pedofillər kimyəvi üsulla axtalanacaq

Dünya | 12:01 • 21 Sentyabr 2018
Qazaxıstanda pedofillər kimyəvi üsulla axtalanacaq

Qazaxıstanda pedofillər ilk dəfə kimyəvi üsulla axtalanacaq. FaktXəbər "RİA Novosti"yə istinadən bildirir ki, bu barədə ölkənin Səihyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, azyaşlılara qarşı seksual zorakılıqlara yol vermiş şəxslərin axtalanması ilk dəfə Qazaxıstanın Türküstan vilayətində tətbiq ediləcək.

Qeyd edək ki, 2016-ci ilin aprelində Qazaxıstan prezidenti Nursultan Nazarbayev qanunvericiliyə düzəlişlər edərək uşaq hüquqlarının müdafiəsini sərtləşdirib. Pedofillərin kimyəvi axtalanması həmin qanunvericiliyə edilən dəyişikliyin tərkib hissəsidir və 2018-ci il yanvarın 1-dən qüvvəyə minib.

Ölkənin Baş Prokurorluğu açıqlayıb ki, məhkəmənin qərarı ilə pedofillərə qarşı preparatların tətbiq edilməsi məcburi olacaq.

Xəbər lenti