Xəzər Xəbər

Maduro BMT-dən yarım milyard dollar istəyir

Dünya | 11:59 • 21 Sentyabr 2018
Maduro BMT-dən yarım milyard dollar istəyir
Venesuela hökuməti başqa ölkələrdəki vətəndaşlarının repatriasiyası üçün BMT-dən yarım milyard dollar məbləğində maliyyə yardımı istəyəcək.


Bu barədə Venesuela prezidenti Nikolas Maduro dövlət televiziyasının efirində bəyan edib.


"Mən Venesuelanı tərk edərək başqa ölkələrə gedən, lakin indi qayıtmaq istəyən bütün miqrantları "Vətənə qayıdış” proqramı çərçivəsində geri qaytarmaq üçün BMT-dən 500 milyon dollar istəyəcəyəm. BMT-dən xahiş edəcəyəm ki, təyyarə xərclərinin ödənilməsi üçün 500 milyon dollar yardım ayırsın”, – deyə Maduro bildirib.

Onun sözlərinə görə, hazırda 5 min venesuelalı ölkəyə geri dönmək üçün Peruda qeydiyyata alınıb və onların qaytarılması üçün "təyyarə donanması” lazımdır.

Qeyd edək ki, sentyabrın əvvəlində Maduro ölkədən qaçanların könüllü şəkildə geri dönmələrinin təmin edilməsi üçün "hava körpüsü”nün yaradılacağını bəyan edib. İndiyədək hələ ki cəmi 3 min nəfərin repatriasiyası həyata keçirilib.

Miqrasiya üzrə Beynəlxalq Təşkilatın mayın əvvəlində təqdim etdiyi hesabata əsasən, 2015-2017-ci illərdə maliyyə-iqtisadi çətinlikləri üzündən Venesueladan olan miqrantların sayı 10 dəfədən çox artıb. BMT-nin statistikasına görə isə, hazırda dünyanın müxtəlif ölkələrində Venesueladan olan 2,3 milyon miqrant var. Onların bir milyona yaxını Kolumbiyada yerləşib. /azvision.az

Xəbər lenti