Xəzər Xəbər

Madrid uzunömürlülük üzrə birinci yerdədir

Dünya | 17:27 • 20 Sentyabr 2018
Madrid uzunömürlülük üzrə birinci yerdədir

"Eurostat”ın sonuncu tədqiqatının nəticələrinə əsasən, Madrid Muxtar Birliyi proqnozlaşdırılan uzunömürlülük üzrə Aİ ölkələri arasında liderdir. Burada qadınların orta ömrünün 85,2-87,8 il, kişilər üçün müvafiq göstəricinin 82,2 il olması proqnozlaşdırılır. Bununla yanaşı, cari ildə çap edilmiş "İllik regional kitab”da göstərilir ki, Avropa İttifaqı ölkələrinin 2016-cı ildə dünyaya gəlmiş sakinləri üçün bu rəqəm 81 ildir.


Xezerxeber.az xəbər verir ki, AZƏRTAC-ın məlumatına görə Madridlə yanaşı, İspaniyada bu yaxın vaxtlarda doğulan uşaqların uzunömürlü olması gözlənilən muxtar birliklər sırasına Basklar Ölkəsi (84,1), Kastiliya və Leon, La-Rioxa (hər iki halda 84,3) da daxildir. Əgər cinsi mənsubiyyət nəzərə alınarsa, İspaniyanın 6 muxtariyyəti - Madrid, Kastiliya və Leon, La-Rioxa, Araqon, Basklar Ölkəsi və Navarra Avropanın qadınlar üçün daha uzun ömür proqnozlaşdırılan 10 regionuna daxil edilib. Kişilər üçün daha uzun ömür proqnozlaşdırılan ilk onluğa isə yeganə olaraq Madrid aid edilib.

Xəbər lenti