Xəzər Xəbər

Mun Ce-in Donald Trampa KXDR liderinin məktubunu çatdıracaq

Dünya | 16:36 • 20 Sentyabr 2018
Mun Ce-in Donald Trampa KXDR liderinin məktubunu çatdıracaq

Koreya Respublikasının Prezidenti Mun Ce-in ABŞ Prezidenti Donald Trampla görüşü zamanı ona KXDR lideri Kim Çen Inın müraciətini çatdıracaq.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Cənubi Koreya prezidenti bunu KXDR-ə səfərinin nəticələri ilə bağlı sentyabrın 20-də keçirilən brifinqdə deyib.


Mun Ce-in, həmçinin Şimali Koreya ilə sülh sazişinin yaxın gələcəkdə imzalanacağına ümidini ifadə edib. "İnanıram ki, sülh sazişinin imzalanması artıq yaxın zamanlarda baş tutacaq”, - deyə o, jurnalistlərin suallarını cavablandırarkən bildirib.


Cənubi və Şimali Koreya liderlərinin Pxenyanda keçirilmiş sammitində məxfi razılaşmalar əldə olunub və Mun Ce-in ABŞ-a səfəri zamanı Donald Trampı bu barədə də məlumatlandıracaq. "Mənimlə Kim Çen In arasında mətbuatda səslənməyən şifahi razılaşmalar da əldə edilib. Mən görüş zamanı Trampa bu barədə məlumat verəcəyəm”, - deyə Koreya Respublikasının Prezidenti qeyd edib.

Xəbər lenti