Xəzər Xəbər

İstanbulun yeni aeroportunda TEKNOFEST-un açılışı olub

Dünya | 15:13 • 20 Sentyabr 2018
İstanbulun yeni aeroportunda TEKNOFEST-un açılışı olub

İstanbulda Aviasiya, Kosmos və Texnologiya Festivalı, Texnologiyalar Festivalının (TEKNOFEST) açılışı olub.


İstanbulun üçüncü Yeni Hava Limanında təşkil olunan festivalda Türkiyənin qabaqcıl texnologiyaları, o cümlədən aviasiya və elektronika şirkətlərinin istehsal və istifadə etdikləri məhsul və avadanlıqlar nümayiş etdirilir. Sentyabrın 23-dək davam edəcək festivala 100 mindən çox ziyarətçi qatılacaq.


Qeyd edək ki, festival münasibətilə Türkiyə Silahlı Qüvvələrinin "Türk Ulduzları” sentyabrın 19-da İstanbul boğazının səmasında möhtəşəm uçuşlar həyata keçiriblər. (AZƏRTAC)

Xəbər lenti