Xəzər Xəbər

Poroşenko söz verdi: Ukraynada ədalətli seçkilər keçiriləcək

Dünya | 15:02 • 20 Sentyabr 2018
Poroşenko söz verdi: Ukraynada ədalətli seçkilər keçiriləcək
Ukrayna prezidenti Pyotr Poroşenko söz verib ki, Ukraynada keçiriləcək parlament və prezident seçkiləri, 2014-2015-ci illərdə olduğu kimi 2019-ci ildə də ədalətli keçiriləcək. Bu barədə "112 Ukrayna" telekanalı məlumat yayıb.

"Artıq yaxında, 31 martda parlament seçkiləri keçiriləcək. Mən prezident olaraq zəmanət verirəm ki, azad, ədalətli, demokratik prezident və parlament seçkiləri təşkil ediləcək",-deyə Poroşenko vurğulayıb.

Qeyd edək ki, Pyotr Poroşenko iştirakla bağlı qərarını seçki kampaniyası başlayandan sonra açıqlayacaq.

Avqustun əvvəlində Ukrayna Mərkəzi Seçki Komissiyası bəyan edib ki, prezident seçkiləri 2,3 mlrd. qrivinə (təxminən 87 mln dollar) başa gələcək.

Xəbər lenti