Xəzər Xəbər

ABŞ Dövlət Departamenti: Azərbaycan terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub

Dünya | 14:30 • 20 Sentyabr 2018
ABŞ Dövlət Departamenti: Azərbaycan terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub

Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizə sahəsində Amerika Birləşmiş Ştatlarının güclü tərəfdaşı olub.


Xezerxeber.az xəbər verir ki, bu fikir ABŞ Dövlət Departamentinin illik hesabatında yer alıb.


Hesabatda bildirilir ki, ötən il Azərbaycan Hökuməti ölkənin quru və dəniz yolları ilə insan, pul və mal daşınmasına yönəlmiş terrorçuluq fəaliyyətinin aşkar edilməsi və qarşısının alınmasında fəal iş görüb. Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri terror hücumlarının qarşısının alınması, terrorçuların izlənməsi və həbsi ilə bağlı əməliyyatlar keçirib.


Bundan başqa, vurğulanır ki, hesabat ilində Azərbaycan NATO-nun antiterror təşəbbüslərinə dəstəyini davam etdirib. Azərbaycan "Asiyanın Qəlbi - İstanbul Prosesi”nə həmsədrlik edərək Əfqanıstanda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsi üzrə səyləri davam etdirib.

Xəbər lenti