Xəzər Xəbər

Əsəd Putinə İl-20 qəzası ilə bağlı başsağlığı verib

Dünya | 10:26 • 20 Sentyabr 2018
Əsəd Putinə İl-20 qəzası ilə bağlı başsağlığı verib

Suriya prezidenti Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinə İl-20 təyyarəsinin qəzası ilə bağlı başsağlığı teleqramı göndərib.

«Rusiya hərbi təyyarəsi İl-20-nin Aralıq Dənizində qəzaya uğraması ilə əlaqədar Suriya xalqı adından dərin hünznlə başsağlığı verirəm», - deyə teleqramın mətnində bildirilir.

O, həmçinin bu faciənin Rusiya və Suriyanın terrorqla mübarizəsinin qarşısını almayacağına ümidini ifadə edib. Bunun yanında Əsəd təyyarənin vaurulmasını İsrail təkəbbürlüyünün nəticəsi adlandırıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi yaydığı bəyanatda İsrail HHQ pilotlarının İl-20 təyyarəsindən sipər kimi istifadə etdikləri üçün vaurulduğunu bildirmişdi./faktxəbər

Xəbər lenti