Xəzər Xəbər

Vurulan rus təyyarəsi barədə SENSASİYALI İDDİA: Əsəd və İsrail...

Dünya | 14:38 • 19 Sentyabr 2018
Vurulan rus təyyarəsi barədə SENSASİYALI İDDİA:

Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi rəsmi informasiyaya görə, Suriyanın Hava Müdafiə Qüvvələri tərəfindən səhvən vurulub, amma təyyarənin Rusiya hərbçiləri tərəfindən vurulması istisna edilmir.

Bu sözləri Ukraynanın "Apostrof” nəşrinə açıqlamasında "Razumkov Mərkəzi”nin xarici siyasət və beynəlxalq təhlükəsizlik proqramları üzrə direktoru, müdafiə nazirinin keçmiş köməkçisi Aleksey Melnik bildirib.

"Aydındır ki, bu, təsadüfdür. Amma bu, dəfələrlə xəbərdarlıq edilən faciəli təsadüfdür. Bu ərazidə böyük miqdarda oyunçu cəmlənib və koordinasiya xətlərinin mövcudluğuna baxmayaraq, belə hadisənin baş vermə ehtimalı fövqəladə dərəcədə yüksək idi. Və indi bu reallaşdı. Adətən "özününkü-yad” tanıma sistemləri olur və raket təyyarəni vurmamalı idi. Mümkündür ki, texniki problemlər olub. Bundan başqa, məlum olduğu kimi, təyyarəni vuran raket və sistem də həmçinin Rusiya istehsalı idi. İstisna etmək olmaz ki, düyməni suriyalılar deyil, Rusiya təlimatçıları basıb. Dəfələrlə qeyd edilib ki, onlar yalnız suriyalıları öyrətmirlər, həm də bilavasitə bu silahı tətbiq edirlər. Yəni mənim fikrimcə, o haqda informasiya sıza bilər ki, Rusiya təyyarəsi Rusiya silahı ilə Rusiya hərbi qulluqçularının əlləri ilə vurulub”, - Melnik deyib.

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan Vladimir Putin arasında əldə olunan İdlib razılaşmasına toxunan ekspertin sözlərinə görə, razılaşmanın uzun müddət davm edəcəyini demək çətindir.

"Ən azından indi orada təmas zonası yaradılır. Orada Rusiya hərbi polisi və Türkiyə Silahlı Qüvvələrini birgə nəzarət edəcəklər. Amma məlum deyil ki, bu razılaşmalar neçə vaxt qüvvədə qalacaq. Hər tərəf öz güclərinin yenidən qruplaşdırılması və mövqelərin gücləndirilməsi üçün bu barışıqdan istifadə etməyə çalışacaq. Və kimdəsə hansısa bir anda əsəblər dözməyə bilər”.

Qeyd edək ki, sentyabrın 17-dən 18-nə kecən gecə Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Suriyanın Hava Müdafiə Qüvvələri tərəfindən səhvən vurulub. Hadisə Latakiya əyalətindəki hərbi obyektlərə İsrail aviasiyasının hücümunu dəf edərkən baş verib.

Təyyarənin vurulması nəticəsində Rusiyanın 15 hərbçisi ölüb.

İdlib razılaşmasına görə isə, bölgədə silahsız xətlər qurulur. Bu xətlərdən biri İdlibin Lazkiyə sərhədi boyunca cənuba qədər uzanır. Digəri isə Hələb sərhədindən aşağı enərək, Lazkiyə sərhədi ilə kəsişir. Xətlər Lazkiyə və Hələbdən müxaliflərlə mülki şəxslərin yaşadığı İdlibin içinə qədər daxil olur. Yəni 20 kilometr genişliyindəki xəttin 10 kilometri Lazkiyə, yaxud Hələbin, 10 kilometri isə İdlibin içinə daxil olacaq. Əsəd gücləri və müxaliflər bu dəhlizlərə daxil ola bilməyəcək. Dəhlizlər türk və rus əsgərləri tərəfindən qorunacaq. Razılaşma 15 oktyabrdan etibarən qüvvəyə minir./publika.az

Xəbər lenti