Xəzər Xəbər

Malayziyanın Baş naziri ölkədə AES-in tikintisinin əleyhinə çıxıb

Dünya | 13:54 • 19 Sentyabr 2018
Malayziyanın Baş naziri ölkədə AES-in tikintisinin əleyhinə çıxıb

Malayziyanın Baş naziri Mahathir Məhəmməd təhlükəsizlik amilini əsas gətirərək, ölkədə Atom Elektrik Stansiyasının (AES) tikintisinin əleyhinə olduğunu bildirib.


Baş nazirin bu barədə bəyanatını "The Star” nəşri yayıb.


Baş nazir qeyd edib ki, AES-dən istifadənin mənfi təcrübəsi Çernobılda və Yaponiyada özünü göstərib, yaranan problemlər hələ də aradan qaldırılmayıb. Bəyan edib ki, o, əvvəllər də hökumət başçısı olarkən (1981-2003-cü illər) AES-lərin tikintisinə qarşı çıxıb. "Nə qədər ki, mən hakimiyyətdəyəm biz atomdan istifadə etməyəcəyik”, - deyə Mahathir Məhəmməd vurğulayıb.


Sabiq Baş nazir Nacib Razakın rəhbərliyi dövründə hökumət 2030-ci ilədək ən azı üç AES tikməyi planlaşdırırdı və onlar ölkənin elektrik enerjisinə olan tələbatının 15 faizini ödəməli idi. (AZƏRTAC)

Xəbər lenti