Xəzər Xəbər

“Manqhut” faciəsi davam edir: Ölü sayı 81-ə çatıb

Dünya | 12:46 • 19 Sentyabr 2018
“Manqhut” faciəsi davam edir: Ölü sayı 81-ə çatıb
Filippində "Manqhut” qasırğası nəticəsində həyatını itirənlərin sayı 81 nəfərə çatıb, 71 nəfər isə yaralanıb. İtkin düşən 55 nəfərin taleyi barədə isə məlumat yoxdur.


XəzərXəbər xəbər verir ki, bu barədə yerli "Rappler” agentliyi Filippin hökumətinə istinadən məlumat yayıb.


Bildirilib ki, təbii fəlakət nəticəsində ölənlərin əksəriyyəti Filippinin Kordilyer rayonunda qasırğanın səbəb olduğu torpaq sürüşmələrində həyatlarını itiriblər. Hazırda daha 70 nəfərin axtarışları davam etdirilir. 800 min insan təxliyyə edilib.

Qeyd edək ki, 5-ci dərəcəli "Manqhut” qasırğası sentyabrın 14-ü axşamı Filippinin şimal-qərb sahillərinə yaxınlaşıb. Bəzi adalarda küləyin sürəti saatda 170 kilometrə, dalğaların hündürlüyü isə 6 metrə çatıb. Hazırda isə küləyin sürəti nisbətən zəifləyərək, saatda 120 kilometrdən aşağıdır. "Manqhut” qasırğası Çinə də 750 milyon dəyərində böyük ziyan vurub, 4 nəfər itkin düşüb.

Xəbər lenti