Xəzər Xəbər

Türkiyə XİN-i Moqerini ilə İdlib sazişini müzakirə edib

Dünya | 10:44 • 19 Sentyabr 2018
Türkiyə XİN-i Moqerini ilə İdlib sazişini müzakirə edib

AB diplomatiyasının rəhbəri Federaika Moqerini və Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu telefon danışığı aparıblar. Müzakirə zamanı Suriyanın İdlib əyaləti ilə bağlı Rusiya-Türkiyə sazişi müzakirə olunub.

RT-nin verdiyi məlumata görə, bu barədə Avropanın xarici siyasət qurumu xəbər verib.

«Nazir Çavuşoğlu ali nümayəndəni prezident Ərdoğan ilə Rusiya dövlət başçısı Putinin İdlib sazişi barədə məlumatlandırıb», - deyə məlumatda bildirilir.

Moqerini öz növbəsində bu sazişin reallaşmasının vacibliyini bəyan edib./faktxəbər

Xəbər lenti