Xəzər Xəbər

ABŞ prezidenti Avropa Birliyini ələ saldı

Dünya | 10:39 • 19 Sentyabr 2018
ABŞ prezidenti Avropa Birliyini ələ saldı

ABŞ prezidenti Donald Tramp polşalı həmkarı Anjey Duda ilə Ağ Evdə keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında iştirak edib.


"Anadolu" agentliyi bildirir ki, Tramp mətbuat konfransında Avropa Birliyini qəzəbləndirəcək açıqlamalar verib.


Ağ Ev rəhbəri qeyd edib ki, Avropa Birliyi Çin kimi ABŞ-dan sui-istifadə edir: "Bu bir prosesdir. Bir az vaxt aparır. Avropa Birliyi bizimlə danışmırdı. Prezident Obama ilə də danışmırdılar. Yunker (Avropa Birliyinin prezidenti) yenidən müzakirələri istəmirdi. 3 dəfə təklifdən sonra belə razılaşmırdı. Mən də dedim ki, artıq müzakirə etmək məcburiyyətində deyilik. Sizin ABŞ-a göndərdiyiniz milyonlarla maşına vergi qoyacağıq. Bundan sonra Yunker Avropadan yanıma o qədər sürətlə gəldi ki, onların belə sürətli təyyarələri olduğunu bilmirdim".

Xəbər lenti