Şimali Koreya (KXDR) ilə Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq barədə müqavilə imzalanıb. "RİA Novosti"yə agentliyi xəbər verir ki, sənədə Cənubi
Koreyanın müdafiə naziri Son Yen Mu və Şimali Koreyanın silahlı
qüvvələri naziri No Qvan Çhol imza atıblar.
Qeyd edək ki, Cənubi
Koreya prezidenti Mun Ce-in Şimali Koreyada səfərdədir. 3 gün Pxenyanda
qalacaq Çje İn Şimali Koreya lideri ilə 2 dəfə danışıqlar aparacaq
Müzakirələrin
mövzusu ikitərəfli münasibətlərin yaxşılaşdırılması və gələcək
inkişafı, Koreya yarımadasının nüvəsizləşdirilməsi və regiondakı
gərginliyin azaldılması, həmçnin, Şimali Koreyanın ABŞ-la dialoqunun inkişafı məsələləridir./azvision.az