Xəzər Xəbər

Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır

Dünya | 21:15 • 18 Sentyabr 2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır

Çin sentyabrın 24-dən etibarən Amerikadan idxal olunan 60 milyard dollar həcmində məhsulun rüsumunu artıracaq.


Xezerxeber.az xarici KIV-lərə istinadla xəbər verir ki, bu barədə ÇXR-in Maliyyə Nazirliyinin məlumatında deyilir.


Yeni rüsumlar ABŞ-ın 5200-dən çox adda məhsuluna şamil ediləcək. Bu addım Çindən gətirilən məhsullara ABŞ-ın ticarət rüsumları tətbiq etməsinə cavab olaraq atılıb.


Bir qədər əvvəl Pekin Ümumdünya Ticarət Təşkilatından Vaşinqtonun bu qərarına münasibət bildirməsini istəyib.


Xatırladaq ki, sentyabrın 17-də ABŞ Prezidenti Donald Tramp Çindən idxal olunan 200 milyard dollarlıq məhsullara 10 faiz rüsumlar tətbiq olunacağını elan edib. Qərar sentyabrın 24-də qüvvəyə minəcək, yanvarın 1-dən isə tariflər 25 faizədək artırılacaq. ABŞ lideri, eyni zamanda, Çinin cavab tədbirlərini davam etdirəcəyi təqdirdə 267 milyardlıq mallara rüsumların üçüncü mərhələsinin tətbiq olunacağını istisna etməyib.


Çinin Kommersiya Nazirliyi bundan dərin təəssüf hissi keçirdiyini bildirərək bəyan edib ki, Pekin Vaşinqtona cavab verməyə məcbur olacaq.

Xəbər lenti