Xəzər Xəbər

On səkkiz illik qanlı dava sülh ilə bitdi

Dünya | 15:18 • 18 Sentyabr 2018
On səkkiz illik qanlı dava sülh ilə bitdi

İki ailəyə aid qohumlar birləşərək illərin düşmənçiliyinə son qoyublar.

Türkiyənin Muş şəhərində 18 il əvvəl iki ailə arasında bir nəfərin ölümü ilə nəticələnən hadisə baş verib. Alagün kəndində yaşayan Gülər və Yalçının ailələrində dava düşüb. 2000-ci ildə baş verən davada Emin Yalçın öldürülüb. Qanlı dava 18 il davam edib.

Nəhayət uzun illərdən sonra bu hadisə sülhlə yekunlaşıb. Nəticədə 600 nəfərin bir araya gələrək barışıq elan edib. İki ailəyə aid qohumlar birləşərək illərin düşmənçiliyinə son qoyublar./Sputnik Azərbaycan

Rubrikanın digər xəbərləri

Xəbər lenti