Xəzər Xəbər

KXDR və Cənubi Koreya liderlərinin sammitinin ilk günü başa çatıb

Dünya | 14:48 • 18 Sentyabr 2018
KXDR və Cənubi Koreya liderlərinin sammitinin ilk günü başa çatıb

KXDR və Cənubi Koreya liderləri Kim Çen In və Mun Ce-in arasında Pxenyanda keçirilən rəsmi danışıqlarının ilk günü başa çatıb.


Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, sammit yerli vaxtla saat 15:45-də Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin binasında keçirilib.


Koreya Respublikasının Prezidenti Mun Ce-in danışıqlar zalına getməzdən öncə fəxri qonaqlar kitabında bu sözləri yazıb: "Sülh və tərəqqi – həmvətənlərin vahid gözləntisi”.


Kim Çen In sammiti açarkən Cənubi Koreya prezidentini iki Koreya dövlətinin, eləcə də Pxenyan-Vaşinqton münasibətlərinin inkişafında göstərdiyi səylərə görə tərifləyib: "Mən prezident Munla üçüncü dəfədir görüşürəm və hiss edirəm ki, biz həqiqətən yaxınlaşmışıq. Əldə edilən uğur prezident Munun səyləri nəticəsində mümkün olub. Şimal və Cənubun münasibətləri, KXDR və ABŞ-ın münasibətləri yaxşılaşıb”.


Liderlər arasında danışıqlar sentyabrın 19-da davam etdiriləcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti